Central Bank of the Republic of Azerbaijan

10/30/2025 | Press release | Distributed by Public on 10/30/2025 07:05

Central Bank of Azerbaijan and Electronic Security Service strengthen cooperation in financial sector information security and cybersecurity areas

Mərkəzi Bank və Elektron Təhlükəsizlik Xidməti maliyyə sektorunda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair əməkdaşlığı gücləndirir

30 oktyabr 2025-ci il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) maliyyə sektorunda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair əməkdaşlığı gücləndirir.

Əməkdaşlıq çərçivəsində tərəflər sektor üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətində koordinasiyalı fəaliyyətin təmin olunması, müvafiq tədbirlərin təşkili, həmçinin insidentlər, kiberhücumlar və digər təhdidlər barədə qarşılıqlı məlumatlandırmanın həyata keçirilməsi istiqamətində birgə çalışacaqlar.

AMB-nin sədr müavini Vüsal Xəlilov əməkdaşlığın maliyyə sisteminin kibertəhlükəsizliyinin və dayanıqlılığının artırılmasına töhfə verəcəyini bildirib. O həmçinin bu təşəbbüsün milli kibermühitin təhlükəsizliyinin gücləndirilməsi yolunda daha sıx əməkdaşlığa doğru mühüm addım olduğunu vurğulayıb.

ETX-nin rəisi Fərid Zeynalov bildirib ki, tərəfdaşlıq nəinki maliyyə sektorunda, ümumilikdə ölkənin kibertəhlükəsizlik infrastrukturunun möhkəmləndirilməsində mühüm rol oynayacaq. O bildirib ki, tərəflər arasında koordinasiyanın artırılması kibertəhlükəsizlik tədbirlərinin daha sistemli şəkildə icrasına imkan verəcək.

Əməkdaşlıq çərçivəsində həmçinin maliyyə sektoru iştirakçıları və geniş ictimaiyyət arasında kibertəhlükəsizlik biliklərinin artırılması məqsədilə maarifləndirici təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

4

1.01 MB

3

1.33 MB

2

1.81 MB

1

2.04 MB
30.10.2025
Central Bank of the Republic of Azerbaijan published this content on October 30, 2025, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on October 30, 2025 at 13:05 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]