Ministry of Agriculture of Azerbaijan Republic

02/03/2026 | Press release | Distributed by Public on 02/03/2026 02:02

Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinin elektron sistemi təkmilləşdirilib

Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinin elektron sistemi təkmilləşdirilib

Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzi elektron sistemi təkmillləşdirilib.

Sistemin təkmilləşdirilməsində məqsəd vətəndaş müraciətlərinin cavablandırılmasında operativliyin və xidmət keyfiyyətinin artırılması, xidmət səviyyəsinin ölçülməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir.

1652 nömrəli Çağrı Mərkəzi həftənin iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq canlı rejimdə fəaliyyət göstərir.

Dövlətin sosial-iqtisadi potensial göstəricilərindən biri kimi müasir kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi və tətbiq dairəsi özlüyündə vətəndaş məmnuniyyətinə əsaslanan idarəetməni dövlət siyasətinin prioritetlərindən birinə çevirib.

2015-ci ildən fəaliyyətə başlayan Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzi yarandığı gündən vətəndaşların müraciətlərinə operativ qaydada baxılması, müraciətləri üzrə onlara tam və hərtərəfli izah verilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün xidmət göstərir. Fəaliyyəti zamanı iş keyfiyyətinin artırılması və çatışmazlıqların müyyən edilərək aradan qaldırılması istiqamətində mütəmadi olaraq tədbirlər görülür.

Tarix: 03 Fevral 2026
Paylaşmaq:
Ministry of Agriculture of Azerbaijan Republic published this content on February 03, 2026, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on February 03, 2026 at 08:02 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]