SOCAR - State Oil Company of Azerbaijan Republic

12/17/2025 | Press release | Distributed by Public on 12/17/2025 03:13

SOCAR ilə “MOL Group” arasında Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalanıb

SOCAR ilə Macarıstanın "MOL Group" şirkəti arasında Azərbaycanın Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalanıb.

Sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "MOL Group"un İdarə Heyətinin sədri və baş icraçı direktoru Jolt Hernadi imzalayıblar.

Layihənin operatoru olan "MOL Group" birgə kəşfiyyat layihəsində 65%, SOCAR isə 35% paya malikdir.

Layihə çərçivəsində seysmik tədqiqatların 2026-cı ilin əvvəlində başlanması, daha sonrakı mərhələdə isə qazma işlərinin aparılması planlaşdırılır.

Qeyd edək ki, 3 iyun 2025-ci il tarixində "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR ilə "MOL Group" şirkəti arasında imzalanan Əsas Şərtlər Sazişindən sonra bu tam razılaşdırılmış sənəd iki şirkət arasında əvvəlki uğurlu əməkdaşlıq üzərində qurulan strateji tərəfdaşlıqda mühüm mərhələdir.

Xatırladaq ki, "MOL Group" şirkəti Azərbaycan bazarına 2020-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) yatağında 9,57% pay və xam nefti Ceyhan limanına nəql edən Bakı-Tbilisi-Ceyhan boru kəmərində 8,9% effektiv pay əldə etməklə daxil olub.

SOCAR - State Oil Company of Azerbaijan Republic published this content on December 17, 2025, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on December 17, 2025 at 09:13 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]