Ministry of Agriculture of Azerbaijan Republic

04/14/2026 | Press release | Distributed by Public on 04/14/2026 03:54

Azərbaycan-Latviya hökumətlərarası komissiyasının üzvləri Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Zəfər parkını ziyarət ediblər

Azərbaycan-Latviya hökumətlərarası komissiyasının üzvləri Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Zəfər parkını ziyarət ediblər

Azərbaycanla Latviya arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün ölkəmizdə səfərdə olan Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Nümayəndə heyəti həmçinin Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər.

Səfər çərçivəsində nümayəndə heyətləri Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüblər. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Ziyarətlər zamanı nümayəndə heyətini Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi və digər rəsmi şəxslər müşayiət ediblər.

Tarix: 14 Aprel 2026
Paylaşmaq:
Ministry of Agriculture of Azerbaijan Republic published this content on April 14, 2026, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on April 14, 2026 at 09:54 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]