Central Bank of the Republic of Azerbaijan

10/01/2025 | Press release | Distributed by Public on 10/01/2025 00:35

Mərkəzi Bankın sədri İslam Əməkdaşlıq Təşkilatı - İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi Mərkəzi Banklarının 7-ci Forumunda iştirak edib

Mərkəzi Bankın sədri İslam Əməkdaşlıq Təşkilatı - İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi Mərkəzi Banklarının 7-ci Forumunda iştirak edib

1 oktyabr, 2025-ci il, Bakı: Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı - İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (OIC-COMCEC) Mərkəzi Banklarının 7-ci Forumunda iştirak etmək məqsədilə Türkiyə Respublikasının İstanbul şəhərində işgüzar səfərdə olub.

Sədr forumda "Ödəniş xidmətləri və sərhədsiz əməliyyatlar: praktik sessiyadan nəticələr" mövzusunda çıxış edərək ödəniş sistemləri və transsərhəd əməliyyatlara dair fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O, qlobal maliyyə mənzərəsində ən dinamik və strateji əhəmiyyətli sahələrdən birinə çevrilmiş ödəniş sistemlərini müasir iqtisadiyyatın əsas sütunu adlandırıb. Sədr ödəniş xidmətlərinin, xüsusilə də transsərhəd ödənişlərin daha sürətli, şəffaf və əlçatan olmasının təmin edilməsi üçün rəqəmsal infrastruktura investisiyalar yatırılması, sistemlər arasında qarşılıqlı əlaqə yaradılması və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edilməsinin zəruriliyini vurğulayıb. Taleh Kazımov "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində ölkəmizdə milli ödəniş sisteminin təkmilləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması, həmçinin təhlükəsiz və effektiv ödəniş xidmətlərinin dəstəklənməsi istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs edib.

Qeyd edək ki, OIC-COMCEC çərçivəsində mərkəzi banklar və monetar orqanların toplantıları 2009-cu ildən etibarən Türkiyənin İstanbul şəhərində keçirilməyə başlayıb. Bu toplantılar üzv ölkələrin mərkəzi bankları arasında əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi, birgə fəaliyyətlərin gücləndirilməsi, həmçinin monetar, bank və maliyyə məsələlərinin müzakirəsi üçün mühüm platforma hesab olunur.

4

1.11 MB

3

1.70 MB

2

2.73 MB

1

1.89 MB
01.10.2025
Central Bank of the Republic of Azerbaijan published this content on October 01, 2025, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on October 01, 2025 at 06:35 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]